Lökbatanda anbarda baş verən yanğınla mübarizə davam edir

Lökbatanda anbarda baş verən yanğınla

Lökbatan qəsəbəsi ərazisində yerləşən “Bakı Logistika”ya məxsus anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Hadisə yerinə cəlb olunmuş qüvvələr yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirir. Əraziyə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi-nin helikopteri də cəlb olunub.

Məlumata əsasən, fövqəladə hallar naziri Kəmaləddin Heydərov hazırda hadisə yerindədir və əməliyyatın gedişini nəzarətdə saxlayır.

İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya xəsarət alan yoxdur. Yanğının başvermə səbəbi hələlik açıqlanmayıb.

Hadisə ilə bağlı əlavə məlumatların veriləcəyi gözlənilir.

MONETAR.AZ