Hörmüz boğazına olan etimad geri dönməz şəkildə zədələnib

Hörmüz boğazına olan etimad geri dönməz şəkildə

Hörmüz boğazının uzunmüddətli bağlanması onun dünya neft və qaz ticarəti üçün etibarlı marşrut kimi nüfuzunu uzun illərliyə, hətta tamamilə sarsıda bilər. Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol bildirib. Məlumatı Bloomberg yayıb.

Birulun sözlərinə görə, boğazda hərəkət bərpa olunsa belə, əvvəlki etimadı geri qaytarmaq mümkün olmayacaq.

“Vaza artıq sınıb. Onu sadəcə yenidən yapışdırmaq olmaz. Əgər boğaz bir dəfə bağlanıbsa, deməli, gələcəkdə də bağlana bilər”, — deyə o, Vyanada OPEC-in baş katibi Haitham Al Ghais ilə görüşü ərəfəsində jurnalistlərə bildirib.

IEA rəhbəri vurğulayıb ki, hazırkı sarsıntılar təkcə enerji bazarı üçün deyil, həm də xarici siyasət və ümumi geosiyasi vəziyyət baxımından tarixi miqyas daşıyır. Onun sözlərinə görə, dünya yaxın zamanda baş verənlərin dağıdıcı iqtisadi nəticələrini tam şəkildə hiss edəcək.

Fatih Birol xəbərdarlıq edib ki, Hörmüz boğazı vasitəsilə ticarətin pozulması neft və qaz qiymətlərinin daha da artmasına səbəb ola bilər. Bu isə bir çox ölkədə inflyasiyanı gücləndirə və iqtisadi artımı zəiflədə bilər.

Bununla yanaşı, IEA rəhbəri qeyd edib ki, mövcud böhranın həlli enerji sektorunda deyil, diplomatiyada axtarılmalıdır. “Bu vəziyyətdən çıxış yolu energetikadan yox, diplomatiyadan keçir”, — deyə o əlavə edib.

MONETAR.AZ