WUF13-də Bakıda xüsusi startap məkanı açılacaq

WUF13-də Bakıda xüsusi startap

Bakıda keçiriləcək World Urban Forum 13 çərçivəsində startaplar üçün xüsusi pavilyon fəaliyyət göstərəcək. Pavilyon mənzil təminatı və şəhərsalma sahəsində innovativ yanaşmaların təşviqi məqsədilə yaradılmış Biznes və İnnovasiya Mərkəzində yerləşəcək. Burada gənc sahibkarlar və şirkətlər öz innovativ həllərini təqdim etmək imkanı əldə edəcəklər.

Pavilyonda dünyanın 10 ölkəsindən 14 startap layihəsi nümayiş olunacaq. Təşkilatçılar bildirirlər ki, təşəbbüsün əsas məqsədi bazara yeni daxil olan iştirakçılar üçün platforma yaratmaq və mənzil təminatı ilə urbanizasiya sahəsində mövcud problemlərin həlli üçün geniş tətbiq oluna bilən innovativ ideyaları ön plana çıxarmaqdır.