Çin Xalq Respublikasının sədri Si Cinpin və Almaniya kansleri Friedrixh Merz ABŞ-ın tarif siyasətləri və tək tərəfli addımlarının qlobal sabitliyə təsir etdiyi bir vaxtda əməkdaşlıq çağırışı ediblər. Onlar sərbəst ticarət və çox tərəfli əməkdaşlığın vacibliyini vurğulayıblar.
Görüşdə Si Cinpinbildirib ki, Çin və Almaniya arasındakı strateji əlaqələr yalnız ikitərəfli deyil, həm də Avropa və qlobal iqtisadiyyata təsir göstərir. O qeyd edib ki, BMT-nin rolu qorunmalı, beynəlxalq hüquq və sərbəst ticarət prinsipləri müdafiə edilməlidir. Şi həmçinin Avropanın öz gücünü artırmaq səylərini dəstəklədiyini və qarşılıqlı açıqlıq, inkluzivlik və fayda prinsipləri əsasında əməkdaşlığın inkişaf etdirilə biləcəyini bildirib.
Liderlər Rusiya-Ukrayna münaqişəsi barədə də fikir mübadiləsi aparıblar. Şi dialoq və danışıqların əhəmiyyətini, bütün tərəflərin bərabər iştirakını və leqitim narahatlıqların nəzərə alınmasını vacib sayıb.
Almaniya Kansleri Merz isə vurğulayıb ki, Almaniya Çinlə əməkdaşlığı gücləndirərək sərbəst ticarəti qorumağa və qoruyucu tədbirlərə qarşı durmağa hazırdır. O bildirib ki, iki ölkənin iqtisadi və ticarət əlaqələri həm onların, həm də qlobal sabitlik və rifah üçün faydalıdır.
Merz May 2025-də vəzifəyə başlayandan sonra Çinə ilk rəsmi səfərini edir. Səfər çərçivəsində o, Pekində Yasak Şəhər və Mercedes Benzin mərkəzini ziyarət edəcək.
MONETAR.AZ