Rusiyada hansı Azərbaycan məhsullarına tələbat var?

Rusiyada hansı
7 İyul 2025 09:14

Azərbaycanın qeyri-enerji məhsullarının ən böyük alıcısı Rusiya olub. BMT-nin Comtrade platforması vasitəsilə əldə edilən məlumata əsasən 2024-cü ildə Azərbaycan 1 milyard dollardan çox dəyərində plastik məmulatlar, qızıl, pambıq və digər məhsulları Rusiyaya ixrac edib. Xüsusilə Azərbaycanın müxtəlif meyvə və tərəvəzlər, o cümlədən pomidor və ekzotik meyvələr kimi məhsulları Rusiyanın bazarında yüksək tələbatla qarşılanır.

Azərbaycan ötən il 368,9 milyon dollar dəyərində plastik məmulat, 211,9 milyon dollar dəyərində qızıl və 177,1 milyon dollar dəyərində pambıq ixrac etmişdir. Bundan başqa, Azərbaycandan Rusiya bazarına ixrac edilən məhsulların əsas onluğuna ekzotik meyvələr (175,5 milyon dollar), pomidor (175,4 milyon dollar), avtomobillər (171,7 milyon dollar), qoz-fındıq (131,3 milyon dollar), gübrələr (126,2 milyon dollar), alüminium təbəqələr (110,1 milyon dollar) və quru meyvələr (99,4 milyon dollar) daxildir.

Bütün bu məhsulların əsas alıcısı isə məhz Rusiya olub. Statistikaya görə, Azərbaycanın meyvə ixracatının 98%-i, pomidor ixracatının 96%-i, ekzotik meyvələrin isə 87 %-i Rusiya bazarına gedir. Plastik məmulatların 64 %-i və qoz-fındığın 53 %-i də bu bazara göndərilir. 

Rusiya ilə mövcud əlaqələr, Azərbaycan üçün qısa və orta müddətdə böyük iqtisadi üstünlüklər yaratsa da, uzunmüddətli dövrdə müxtəlif bazarlara yönəlmək vacibdir. Ticarət şaxələndirməsi, həm də yerli istehsalın inkişafını stimullaşdıracaq, yeni iş yerləri açılacaq və Azərbaycanın beynəlxalq ticarət mövqeyi möhkəmlənəcək.

MONETAR.AZ


Oxşar xəbərlər