Manat haqqında maraqlı məlumatlar

Manat haqqında
15 Avqust 2025 12:08

Avqustun 15-i Azərbaycan manatının tədavülə buraxıldığı gündür.

İqtisadçı-ekspert Samir Əliyev sosial şəbəkə hesabında Azərbaycan manatı ilə bağlı maraqlı faktları təqdim edib: 

- Hazırki pul nişanları 2006-cı ildən etibarən dövriyyəyə buraxılıb və 1 yeni manat 5000 köhnə manata bərabər tutulmaqla denominasiya edilib.
- Kağız pullar 8 nominallıdır – 1, 5, 10, 20, 50, 100, 200, 500 (xatirə pul nişanı)
- Kağız pulu nominalı artdıqca ölçüsü, daha doğrusu uzunluğu da artır. Eni 7 sm olmaqla sabit qalır. Uzunluğu isə 12 sm-dən (1 AZN) 16 sm-ə qədər artır.
Nominal artdıqca pul nişanı 7 sm böyüyür.
- Pul nişanlarının dizaynında son dəfə 2023-cü ildə 1 manatlıq nominal üzərində dəyişiklik edilib.
- Metal pullar 6 nominallıdır – 1, 3, 5, 10, 20, 50
- Ən kiçik nominallı pulun (1 qəpik) çəkisi 2,8 qram, ən böyüyünün (50 qəpik) çəkisi 7,7 qramdır. 50 qəpik 1 qəpikdən 2,8 dəfə ağır, 1,8 dəfə böyükdür.
- Əgər 50 dənə 1 qəpiyi toplasaq onların ümumi çəkisi 140 qram olar. Bu isə 50 qəpikdən 18,2 dəfə ağır olar.
- Dövriyyədə 17,3 milyard manatlıq kağız, 103 milyon manatlıq metal pullar var. (01.01.2025-ci il tarixinə)
- Dövriyyədə 337 milyon ədəd kağız, 657 milyon ədəd metal pullar var. (01.01.2025-ci il tarixinə)
- Dövriyyədə olan pul nişanlarının məbləği üzrə 99,4%-i kağız, 0,6%-i isə metal pulların payına düşür. (01.01.2025-ci il tarixinə)
- Dövriyyədə olan pul nişanlarını bir yerə toplasaq onların 33,9%-i kağız, 66,1%-i metal pulların payına düşər. (01.01.2025-ci il tarixinə)
- Dövriyyədə 17,3 milyard manatlıq kağız, 103 milyon manatlıq metal pullar var. (01.01.2025-ci il tarixinə)
- Məbləğ baxımından dövriyyədə olan pulların 61,2%-i 100 manatlıq pulların payına düşür. İkinci ən böyük paya (22%) 200 manatlıqlar malikdir. 500 manatlıq əskinazların payı isə 2,2%-dir. (01.01.2025-ci il tarixinə)
- Məbləğ baxımından dövriyyədə olan metal pulların 44,3%-i 50 qəpiklərin payına düşür. İkinci ən böyük paya (31,1%) 20 qəpiklər malikdir. 10 qəpiklərin payı isə 16,7%-dir. (01.01.2025-ci il tarixinə)
MONETAR.AZ

Oxşar xəbərlər