Türkiyədə tələbə yataqxanalarında qiymətlər 40 faiz bahalaşdı

Türkiyədə tələbə yataqxanalarında qiymətlər
4 Sentyabr 2025 14:23

Türkiyədə Tələbə Kredit və Yataqxanalar Qurumunun (KYK) yataqxanalarına müraciətlər başlayıb. Bu il yataqxana qiymətləri 40 faiz artırılıb.

Türkiyənin Gənclik və İdman naziri Osman Aşkın Bak 2025-2026-cı tədris ili üçün KYK yataqxana müraciətlərinin başladığını elan edib. Nazir tələbələrin universitetlərinə ən yaxın yataqxanalara yerləşdirilərək yaşayış ehtiyaclarının qarşılanacağını vurğulayıb.

Ölkə üzrə təxminən 1 milyon yataq yeri olan KYK yataqxanalarına müraciətlər sentyabrın 6-dək davam edəcək.

Müraciətlərlə birlikdə yeni qiymət cədvəli də açıqlanıb. Gənclik və İdman Nazirliyinin məlumatına görə KYK yataqxana ödənişləri ötən illə müqayisədə orta hesabla 40 faiz artıb.

  • Birinci tip otaq: 750 TL

  • İkinci tip otaq: 850 TL

  • Üçüncü tip otaq: 850 TL

  • Dördüncü tip otaq: 1050 TL

  • Beşinci tip otaq: 1150 TL

  • Altıncı tip otaq: 1250 TL

Nazirlik qiymət fərqlərinin yataqxanaların şəraitindən asılı olduğunu bildirib. Qeyd olunub ki, KYK yataqxanalarının əksəriyyəti ən azı üç nəfərlik otaqlardan ibarətdir və otaq tiplərinə görə fərqli qiymətlər tətbiq edilir. Tələbələr üçün böyük əhəmiyyət kəsb edən KYK yataqxana müraciətləri e-Dövlət sistemi vasitəsilə sentyabrın 6-da yekunlaşacaq. Müraciət prosesindən sonra yerləşdirmə nəticələri də həmin sistem üzərindən öyrənilə bilər.

MONETAR.AZ


Oxşar xəbərlər