5 ildə heyvandarlıq məhsulları ilə özünütəminetmə səviyyəsi azalıb

5 ildə heyvandarlıq məhsulları ilə
5 Sentyabr 2025 10:43

Azərbaycanda 2020-2024-cü illər üzrə əsas heyvandarlıq məhsulları ilə özünü təminetmə səviyyəsinin statistikası açıqlanıb. Bu rəqəmlər ölkənin daxili bazara olan tələbatını yerli istehsal hesabına nə dərəcədə ödədiyini əks etdirir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ümumi ət və ət məhsulları ilə özünü təminetmə səviyyəsi 2020-ci ildə 84,5% təşkil etdiyi halda, 2024-cü ildə cüzi azalaraq 83,4%-ə düşüb. 

  • Mal əti: Mal əti və məhsulları ilə özünü təminetmə səviyyəsi 2020-ci ildə 87,4% idisə, 2024-cü ildə 88,5%-ə yüksəlib.

  • Qoyun və keçi əti: Bu məhsul üzrə göstərici 2020-ci ildə 97,3% olduğu halda, 2024-cü ildə 96,5%-ə enib, lakin hələ də yüksək səviyyədə qalır.

  • Quş əti: Quş əti və məhsulları ilə özünü təminetmə səviyyəsi 2020-ci ildə 79,0% təşkil etdiyi halda, 2024-cü ildə 76,6%-ə enib.

  • Süd və süd məhsulları: Süd məhsulları ilə özünü təminetmə səviyyəsi 2020-ci ildə 83,5% idisə, 2024-cü ildə 83,9%-ə qədər cüzi artım qeydə alınıb. 

  • Yumurta: Yumurta üzrə özünü təminetmə səviyyəsi 100%-i keçərək 2020-ci ildə 100%-dən 2024-cü ildə 103,7%-ə yüksəlib. B

  • Balıq: Balıq və balıq məhsulları ilə özünü təminetmə səviyyəsi 2020-ci ildə 81,7% olduğu halda, 2024-cü ildə 77,3%-ə enərək azalma tendensiyası nümayiş etdirir.

MONETAR.AZ


Oxşar xəbərlər