Əhalinin ətə və yumurtaya iştahı artıb

Azərbaycanda adambaşına düşən ət və yumurta istehlakı artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə ümumi ət və ət məhsulları istehlakı 2020-ci ildə 40,8 kq təşkil etdiyi halda, 2024-cü ildə 45,0 kq-a yüksəlib.
Bu artım əsasən quş əti istehlakının kəskin yüksəlməsi hesabına baş verib. Belə ki, quş əti və məhsullarının istehlakı 2020-ci ildə 14,6 kq idisə, 2024-cü ildə 18,1 kq-a çatıb. Bu, quş ətinin digər ət növlərinə nisbətən daha əlçatan olması ilə əlaqəli ola bilər. Mal əti və qoyun əti üzrə istehlakda da cüzi artım qeydə alınıb.
Əhalinin yumurta istehlakı da əhəmiyyətli dərəcədə artıb. Adambaşına düşən illik yumurta istehlakı 2020-ci ildə 175 ədəd olduğu halda 2024-cü ildə 195 ədədə yüksəlib.
Əksinə, balıq və balıq məhsulları üzrə istehlak azalma tendensiyası nümayiş etdirir. Bu məhsulların adambaşına illik istehlakı 2020-ci ildə 7,3 kq idisə, 2024-cü ildə 8,4 kq-a qədər artaraq müsbət dinamika qeydə alınıb.
Süd və süd məhsulları üzrə isə nisbətən sabit vəziyyət müşahidə olunur. İstehlak 2020-ci ildə 257,6 kq təşkil etdiyi halda, 2024-cü ildə 256,9 kq olub.
MONETAR.AZ