Hindistan Mərkəzi Bankı rupi məzənnəsini gücləndirmək üçün addım atıb

Hindistan Mərkəzi Bankı rupi məzənnəsini gücləndirmək

Hindistanın Ehtiyat Bankı (RBI) tərəfindən tətbiq edilən yeni tədbirlər Hindistan rupi məzənnəsinin dollara qarşı möhkəmlənməsinə səbəb olub.

Reuters-in məlumatına görə, 17 aprel səhəri rupi 0,5% artaraq 1 dollar üçün 92,725 səviyyəsinə yüksəlib. Bu, 10 apreldən bəri ən yüksək göstərici sayılır.

Məzənnənin möhkəmlənməsinə əsas səbəb kimi RBI tərəfindən ölkənin neft emalı şirkətlərinə dollar alışına məhdudiyyətlərin tətbiqi göstərilir.

16 aprel tarixində yayılan məlumatlara görə, dövlətə məxsus neft emalı şirkətlərinə spot bazarda dollar alışını azaltmaq və valyuta tələbatını xüsusi kredit xətti vasitəsilə qarşılamaq tövsiyə olunub.

Bundan əlavə, dövlət şirkətlərinə bir neçə bank əvəzinə valyuta əməliyyatlarını yalnız State Bank of India vasitəsilə aparmaq tövsiyə edilib. Bu, valyuta əməliyyatlarının mərkəzləşdirilməsini və nəzarətin gücləndirilməsini təmin edir.

Kredit xətti sayəsində neft emalı şirkətlərinin dollar tələbi azalır. Bu şirkətlər — Indian Oil Corporation, Hindustan Petroleum Corporation LimitedBharat Petroleum Corporation Limited olaraq Hindistanın neft emalı gücünün təxminən yarısını nəzarətdə saxlayır və idxal olunan neftin ödənişi üçün böyük həcmdə dollar istifadə edirlər.

MONETAR.AZ