Bəzi ölkələrdə qəzet və jurnallara tələbat hələ də yüksəkdir

Bəzi ölkələrdə qəzet və jurnallara

Dünyanın bir çox ölkəsində çap mediası zəifləsə də Hindistanda vəziyyət fərqlidir. Ölkədə onlayn respondentlərin dörd nəfərindən biri son bir ildə çap jurnalına pul ödəyib. Bu, sorğu keçirilən ölkələr arasında ən yüksək göstəricidir. Eyni miqdarda oxucu rəqəmsal jurnal versiyalarını da satın alıb.

“The Current” nəşrinin analitiki Şantanu David yazır ki, Hindistanda çap mediasının güclü qalmasının əsas səbəbləri mədəni vərdişlər və iqtisadi amillərdir. Qəzet və jurnalların abunə qiymətləri ucuzdur, çünki media sektoru əsasən reklam gəlirləri ilə maliyyələşir. Qəzetlərin 80–85 faizlik gəliri reklamdan formalaşır. Artan savadlılıq və genişlənən internet imkanları regional nəşrlərin də inkişafını dəstəkləyir. Bununla belə gələcək nəsillərin daha çox rəqəmsal platformalara yönələcəyi gözlənilir.

Almaniya və Niderlandda da çap jurnallarına maraq nisbətən yüksəkdir — respondentlərin 17–18 faizi son bir ildə çap məhsullarına pul xərcləyib. Onlayn jurnal abunəlikləri isə bu ölkələrdə 8–10 faiz səviyyəsində qalır.

Braziliya və Çində panel tam fərqlidir. Hər iki ölkədə respondentlərin 25 faizi onlayn jurnallara pul ödəyib. Braziliyada cəmi 7 faiz, Çində isə 19 faiz jurnal alıb.

ABŞ və Böyük Britaniyada çap jurnallarının üstünlüyü çox az fərqlə davam edir. ABŞ-da respondentlərin 13 faizi gündəlik, 12 faizi həftəlik qəzetlərə pul ödəyib. Böyük Britaniyada isə bu göstəricilər müvafiq olaraq 18 və 13 faizdir.

Monetar.az