Çin ABŞ-dan “beyinləri” özünə tərəf çəkir

Keçən ilin əvvəlindən bəri ən azı 85 çinli alim ABŞ-ı tərk edərək Çindəki tədqiqat institutlarına gedib, onların yarıdan çoxu 2025-ci ilə qədər köçüb.
Ekspertlər hesab edirlər ki, Ağ Evin tədqiqat xərclərini azaltmaq və xarici istedadlara nəzarəti gücləndirmək tələbi fonunda mütəxəssislərin axını güclənə bilər, Çin isə əksinə, innovasiyaya investisiyaları aktiv şəkildə artırır.
Çin universitetləri və korporasiyaları xarici alimlərə yüksək maaşlar, səxavətli bonuslar və hərtərəfli güzəştlər paketi təklif edir. İƏİT-ə görə, Pekin təkcə 2023-cü ildə elmi tədqiqatlara 780 milyard dollardan çox vəsait xərcləyib ki, bu da demək olar ki, ABŞ-ın xərclədiyi məbləğə bərabər idi.
Stanford Universitetinin araşdırmasına görə, 2010-2021-ci illər arasında təxminən 12.500 alim ABŞ-dan Çinə köçüb.