Siemens Energy Azərbaycandan Qara dəniz vasitəsilə Avropaya yaşıl enerjinin çatdırılmasına kömək edəcək Daşınmaz əmlak sektoruna verilən kreditlər kəskin azalıb Ticarət müharibəsi qızışır: Çin ABŞ gəmilərinə əlavə ödənişlər qoyur Toyota ABŞ-da 393 000-dən çox avtomobilini arxa görüntü kamerası problemlərinə görə geri çağırır OpenAI dünyanın ən dəyərli startapı oldu – 500 milyard dollar Bakıda nə vaxtsa taxıl əkilib? – Rəqəmlərdən çıxan maraqlı nəticə Ticarət tərəfdaşlarının valyutaları manata qarşı bahalaşır Hərracda 29 min, bazarda 40 min manat - Avtomobili haradan almalı? Yeyinti məhsulları ixracında canlanma: artım 20 faizi keçdi 9,3 milyon manatlıq müsabiqə elan edildi Siemens Energy Azərbaycandan Qara dəniz vasitəsilə Avropaya yaşıl enerjinin çatdırılmasına kömək edəcək Daşınmaz əmlak sektoruna verilən kreditlər kəskin azalıb Ticarət müharibəsi qızışır: Çin ABŞ gəmilərinə əlavə ödənişlər qoyur Toyota ABŞ-da 393 000-dən çox avtomobilini arxa görüntü kamerası problemlərinə görə geri çağırır OpenAI dünyanın ən dəyərli startapı oldu – 500 milyard dollar Bakıda nə vaxtsa taxıl əkilib? – Rəqəmlərdən çıxan maraqlı nəticə Ticarət tərəfdaşlarının valyutaları manata qarşı bahalaşır Hərracda 29 min, bazarda 40 min manat - Avtomobili haradan almalı? Yeyinti məhsulları ixracında canlanma: artım 20 faizi keçdi 9,3 milyon manatlıq müsabiqə elan edildi

Xidmət rəisi: Gələcəyin müharibələri kibermühitdə aparılacaq

Xidmət rəisi: Gələcəyin müharibələri
9 Oktyabr 2025 09:32

Son bir il ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarının informasiya sistemlərində 3000-dən artıq audit və monitorinq icra olunmuş, aşkarlanan yüzlərlə kiberinsidentin qarşısı operativ şəkildə alınıb.

"APA-Economics" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) tədbirində kiberfestival iştirakçılarına müraciətində deyib.

O bildirib ki, lakin reallıq ondan ibarətdir ki, qlobal miqyasda kiberhücumların hədəfi getdikcə daha çox son istifadəçilər və kritik infrastruktur obyektləri olur. 2024-cü ildə dünyada qeydə alınan kiberhücumların təqribən 78%-i məhz insan faktorunu hədəf almışdır.

"Bildiyiniz kimi, gələcəyin müharibələri artıq yalnız cəbhədə deyil, həm də kibermühitdə aparılacaqdır. Məhz buna görə "Critical Infrastructure Defence Challenge" tədbiri dövlət qurumlarının, kritik infrastrukturların və sahə üzrə gənc mütəxəssislərin bilik və bacarıqlarını sınaqdan keçirməklə daha da təkmilləşdirmək üçün unikal platforma rolunu oynayır. Bu tədbirin sizin üçün həm bilik mübadiləsi, həm də praktik tətbiq imkanlarına açıq bir meydan olmasını arzulayıram. Əminəm ki, bu yarışma yeni nəsil kiberordunun formalaşmasında mühüm mərhələ olacaqdır", - deyə İlqar Musayev qeyd edib.


Oxşar xəbərlər