Müasir dövrdə qara kürü dünyanın ən bahalı qida məhsullarından biri sayılır. Lakin SSRİ vaxtında bu məhsulu demək olar ki, hər kəs əldə edə bilirdi. Bu barədə Rusiya Elmlər Akademiyasının Mikluxo-Maklay adına Etnologiya və Antropologiya İnstitutunun əməkdaşı, “Sinerciya” Universitetinin müəllimi Tanzila Çabiyeva məlumat verib.
Ekspertin sözlərinə görə sovet istehsalı olan nərə balığının dənəvər qara kürüsü dünyanın ən keyfiyyətli məhsullarından sayılırdı və müxtəlif ölkələrdən ona yüksək tələbat vardı. Zamanla “qara kürü” ifadəsi SSRİ-nin milli brendinə çevrilmişdi.
Çabiyeva qeyd edib ki, Birinci dünya və Vətəndaş müharibələrindən sonra nərə balığı ilə demək olar ki, məşğul olan olmamış, nəticədə bu balığın populyasiyası kəskin artmış və geniş ov imkanları yaranmışdı.
Sonrakı illərdə SSRİ-də balıqçılıq sənayesi iqtisadi strategiyalardan birinə çevrilmiş, nərə balığı ovunun həcmi ildə 2 min tona çatmışdı. 1929-cu ildə ölkə 800 ton qara kürü ixrac edərək Avropada kürü ilə şampan içmək ənənəsinin formalaşmasına təsir göstərmişdi. SSRİ-də isə kürü daha çox araqla süfrəyə verilirdi.
Ekspert vurğulayıb ki, qara və qırmızı kürünün populyarlaşmasına həm də tanınmış şəxslər təsir göstərmiş, onların süfrələrində bu məhsulun nümayişi cəmiyyətdə marağı artırmışdı.
Monetar.az