Siemens Energy Azərbaycandan Qara dəniz vasitəsilə Avropaya yaşıl enerjinin çatdırılmasına kömək edəcək Daşınmaz əmlak sektoruna verilən kreditlər kəskin azalıb Ticarət müharibəsi qızışır: Çin ABŞ gəmilərinə əlavə ödənişlər qoyur Toyota ABŞ-da 393 000-dən çox avtomobilini arxa görüntü kamerası problemlərinə görə geri çağırır OpenAI dünyanın ən dəyərli startapı oldu – 500 milyard dollar Bakıda nə vaxtsa taxıl əkilib? – Rəqəmlərdən çıxan maraqlı nəticə Ticarət tərəfdaşlarının valyutaları manata qarşı bahalaşır Hərracda 29 min, bazarda 40 min manat - Avtomobili haradan almalı? Yeyinti məhsulları ixracında canlanma: artım 20 faizi keçdi 9,3 milyon manatlıq müsabiqə elan edildi Siemens Energy Azərbaycandan Qara dəniz vasitəsilə Avropaya yaşıl enerjinin çatdırılmasına kömək edəcək Daşınmaz əmlak sektoruna verilən kreditlər kəskin azalıb Ticarət müharibəsi qızışır: Çin ABŞ gəmilərinə əlavə ödənişlər qoyur Toyota ABŞ-da 393 000-dən çox avtomobilini arxa görüntü kamerası problemlərinə görə geri çağırır OpenAI dünyanın ən dəyərli startapı oldu – 500 milyard dollar Bakıda nə vaxtsa taxıl əkilib? – Rəqəmlərdən çıxan maraqlı nəticə Ticarət tərəfdaşlarının valyutaları manata qarşı bahalaşır Hərracda 29 min, bazarda 40 min manat - Avtomobili haradan almalı? Yeyinti məhsulları ixracında canlanma: artım 20 faizi keçdi 9,3 milyon manatlıq müsabiqə elan edildi

Türkiyənin ən varlı adamı idi... 2 ilə sərvəti "əridi"

Türkiyənin ən varlı adamı idi...
3 Oktyabr 2025 08:57

Forbes jurnalının 2023-cü ildə dərc etdiyi "Türkiyənin Ən Zəngin İnsanı" siyahısında 5,3 milyard dollar sərvətlə birinci yerdə qərarlaşan İbrahim Erdemoğlu cəmi 2 il ərzində sərvətinin 3,6 milyard dollarını itirib. Onun ümumi varidatı bu il 1,7 milyard dollara düşərək siyahıda yalnız 17-ci pillədə yer ala

Türkiyədə həyata keçirilən iqtisadi siyasətlər və beynəlxalq maliyyə bazarlarında baş verən dalğalanmalar, ölkədə fəaliyyət göstərən bir çox holdinq və şirkətin dəyərində ciddi dəyişikliklərə səbəb olub. Bu proses, eyni zamanda Türkiyəli milyarderlərin sərvətlərində də ciddi azalmalarla nəticələnib.

Forbes 2023-cü ildə dərc etdiyi siyahıda İbrahim Erdemoğlunu Türkiyənin ən zəngin şəxsi kimi təqdim etmişdi. Həmin vaxt onun sərvəti 5,3 milyard dollar olaraq qiymətləndirilmişdi.

2025-ci il üçün açıqlanan "Türkiyənin ən zəngin insanları" siyahısının birinci pilləsində bu dəfə 5,4 milyard dollarlıq sərvəti ilə Murad Ülker qərarlaşıb.

İki il öncənin birincisi olan İbrahim Erdemoğlu isə 1,7 milyard dollarlıq sərvətlə 17-ci yerə düşüb.

Forbesin yaydığı siyahıya əsasən, Türkiyənin 2025-ci il üçün ən zəngin 10 nəfəri və onların sərvətləri belədir:

  1. Murad Ülker – 5,4 milyard dollar

  2. Şaban Cemil Kazancı – 4,5 milyard dollar

  3. Erman Ilıcak – 3 milyard dollar

  4. İpək Kıraç – 2,8 milyard dollar

  5. Mehmet Sinan Tara – 2,8 milyard dollar

  6. Semahat Sevim Arsel – 2,7 milyard dollar

  7. Ferit Faik Şahenk – 2,6 milyard dollar

  8. Filiz Şahenk – 2,4 milyard dollar

  9. Mustafa Rahmi Koç – 2,4 milyard dollar

  10. Hamdi Ulukaya – 2,2 milyard dollar


Oxşar xəbərlər