"Apple" şirkəti yeni məhsullarının təqdimatını sentyabrın 9-da keçirəcək. Bu barədə korporasiyanın rəsmi saytında məlumat verilib.
Təqdimat Bakı ilə saat 21:00-da baş tutacaq və onlayn yayımlanacaq. Tədbirin şüarı "Sürpriz və parıltı" ("Glowtime" / "It's Glowtime") olacaq. Şirkət təqdimat zamanı hansı yeniliklərin nümayiş etdiriləcəyini açıqlamayıb.
"Bloomberg"in məlumatına görə, sentyabr təqdimatında "iPhone 18 Pro" və "iPhone 18 Pro Max", həmçinin KİV-də "iPhone Ultra" və "iPhone Fold" adları ilə hallanan şirkətin ilk qatlanan smartfonunun təqdim ediləcəyi gözlənilir.
Məlumata görə, flaqman smartfonlar yeni "Apple A20 Pro" prosessorları və 12 QB operativ yaddaşla təchiz oluna bilər. Analitik Minq-Çi Kuonun proqnozlarına əsasən, təqdimatı 2027-ci ilin yazında gözlənilən baza "iPhone 18" və "iPhone 18e" modellərində isə 9 QB operativ yaddaşın olması ehtimal edilir.
Bundan əlavə, "Apple"ın gələn ilin yazında daha yüngül korpuslu "iPhone Air" smartfonunun yeni nəslini təqdim edəcəyi gözlənilir.
MONETAR.AZ