ABŞ-da 21 avqust 2025-ci il tarixində başa çatan həftə ərzində xam neft ehtiyatları artıb, benzin və distillat ehtiyatları isə azalıb.
ABŞ Enerji İnformasiyası İdarəsinin (EIA) dünən açıqladığı məlumatlara görə, xam neft ehtiyatları 95 min barel artaraq 428,9 milyon barelə çatıb. Bu nəticə analitiklərin gözlədiyi 597 min barellik artımdan xeyli aşağı olub.
Oklahomadakı Kuşinq neft qovşağında xam neft ehtiyatları hesabat həftəsində 1,2 milyon barel artıb.
ABŞ-də neft emalı zavodlarında (NEZ) emal həcmi sutkada 2 min barel azalaraq aşağı düşüb. Bununla belə, emal güclərindən istifadə əmsalı 0,2 faiz bəndi artaraq 97,4%-ə yüksəlib.
Benzin ehtiyatları isə 2,5 milyon barel azalaraq 206,8 milyon barelə geriləyib. Ehtiyatlardakı azalma analitiklərin 700 min barellik eniş proqnozunu əhəmiyyətli dərəcədə üstələyib.
Dizel yanacağı və mazutu əhatə edən distillat ehtiyatları da 2,2 milyon barel azalaraq 103,4 milyon barelə düşüb. Analitiklər bu göstəricinin 1,6 milyon barel azalacağını gözləyirdilər.
MONETAR.AZ