Kanada ABŞ mallarına qarşı cavab tarifləri siyahısına dəyişiklik edib

Kanada ABŞ mallarına qarşı cavab tarifləri siyahısına

Kanada Maliyyə Nazirliyi yerli sənaye nümayəndələrinin rəylərini nəzərə alaraq ABŞ məhsullarına tətbiq etməyi planlaşdırdığı cavab tarifləri siyahısına düzəlişlər edib.

Nazirliyin açıqlamasına görə, dəniz məhsulları və balıq məhsulları cavab rüsumlarının tətbiq ediləcəyi malların siyahısından çıxarılıb. Dəyişikliklərin digər detalları açıqlanmayıb.

Bundan əvvəl Kanada ABŞ-dan idxal olunan polad və alüminiuma tətbiq edilən tarifləri 25%-dən 50%-ə qaldırdığını elan etmişdi. Hökumət, həmçinin geyim, məişət texnikası və süd məhsulları da daxil olmaqla yüzlərlə ABŞ mənşəli məhsula 15%-50% arasında əlavə rüsum tətbiq etməyi planlaşdırır.

Bu addımlar ABŞ Prezidenti Donald Tramp administrasiyasının son dövrdə Kanada mallarına tətbiq etdiyi tariflərə cavab xarakteri daşıyır. Yeni cavab tədbirləri qüvvəyə minənədək Kanada şirkətləri ABŞ tariflərinin tətbiq olunduğu şəraitdə fəaliyyətlərini davam etdirirlər.

ABŞ-nin Ticarət Nümayəndəsi Ceymison Qrir daha əvvəl bəyan etmişdi ki, Kanada əlavə cavab tədbirləri görəcəyi təqdirdə, Tramp administrasiyası da buna qarşılıq verəcək.

Kanada Maliyyə Nazirliyi vurğulayıb ki, tarif siyahısına edilən dəyişikliklər daha geniş iqtisadi zərərin qarşısını almaq məqsədi daşıyır.

MONETAR.AZ