Bugün Asiya bazarında Bitcoin dəyər itirsə də, əsas səviyyə olan 70 000 dolların üzərində qalmağa müvəffəq olub. İnvestorlar Yaxın Şərqdəki konfliktin gərginləşməsi fonunda ehtiyatlı davranırdılar. Bu gərginlik neft qiymətlərinin artmasına səbəb olub və qlobal inflyasiya və faiz dərəcələri üzrə proqnozlarda qeyri-müəyyənlik yaradıb.
Dünyanın ən böyük kriptovalyutası bugün 3,1% ucuzlaşaraq 70 182,6 dollar səviyyəsində ticarət olunurub. Həftənin əvvəlində isə Bitcoin qısa müddətə 74 000 dolları keçmişdi. Bununla belə, valyuta hələ də həftəlik artımını təxminən 7% səviyyəsində qoruyur.
MONETAR.AZ