Bitcoin Pasxa bayramı günlərində yan hərəkətdə qalır

Bitcoin Pasxa bayramı günlərində

Bitcoin qiymətləri bugün təxminən 67 000 dollar səviyyəsində dalğalanır. Kriptovalyuta bazarında aşağı həcmli ticarət müşahidə olunur. Dünən bir sıra iri regionlarda bazarlar bağlı olub, bu gün isə həftəsonudur. Bu da institusional aktivliyin azalmasına və rəqəmsal aktivlər bazarında likvidliyin aşağı düşməsinə səbəb olub.

Sakit ticarətə baxmayaraq, bazar hazırda “fentanil diplomatiyası”, tənzimləyici dəyişikliklər və Yaxın Şərqdə gərginliyin artması kimi mürəkkəb amilləri qiymətləndirir.

Bu həftə Bitcoin üçün əsas mənfi faktor İrandakı münaqişə ilə bağlı dəyişən ritorika olub. Müharibənin tezliklə başa çatacağına dair ümidlərin yaratdığı qısa müddətli artımdan sonra çərşənbə günü qiymətlər yüksəlsə də, cümə axşamı qlobal səhm bazarları ilə birlikdə kəskin şəkildə geriləyib.

Satış dalğası ABŞ prezidenti Donald Trump-ın televiziya çıxışında ABŞ-ın yaxın iki-üç həftə ərzində İrana “son dərəcə güclü” zərbə endirə biləcəyi barədə xəbərdarlığından sonra güclənib.

Nəticədə, Bitcoin həftə ortasındakı maksimum səviyyələrdən təxminən 2,8% ucuzlaşaraq cümə axşamı 66 300 dolların altına düşüb. Bunun səbəbi bazarda “riskdən qaçma” meyillərinin güclənməsi olub. Daha sonra isə bayram günlərində sabitləşmə müşahidə edilib.

Dünyanın aparıcı kriptovalyutası tarixən “rəqəmsal qızıl” kimi qəbul olunsa da, xüsusilə Ormuz boğazı ilə bağlı gərginliyin qlobal inflyasiya risklərini artırdığı dövrlərdə ənənəvi risk aktivləri ilə paralel hərəkət etməyə davam edir.

Qiymət dinamikasının arxasında iri investorlar və institusional infrastruktur arasında rəqabət müşahidə olunur. Bloomberg агентliyinin CryptoQuant məlumatlarına istinadən yaydığı hesabatda qeyd olunur ki, Bitcoin üzrə “görünən tələb” hələ də mənfi olaraq qalır.

MONETAR.AZ