Bitcoin neft qiymətlərinin artımı fonunda 77 min dollardan aşağı düşüb

Bitcoin neft qiymətlərinin artımı fonunda 77 min

Bitcoin bugün 77 000 dollar səviyyəsindən aşağı enib. Buna səbəb neft qiymətlərinin yüksəlməsi və mərkəzi bankların mühüm iclasları ərəfəsində investorların daha ehtiyatlı davranması nəticəsində risk iştahının azalması olub.

Dünyanın ən böyük kriptovalyutası Bakı vaxtı ilə 10:36-da 1,1% ucuzlaşaraq 76 919,8 dollar səviyyəsində ticarət olunub.

Bitcoin dünən qısa müddət ərzində 79 000 dolları keçsə də, bu səviyyədə möhkəmlənə bilməyib. Treyderlər əsas müqavimət zonalarına yaxınlaşdıqca qazancı realizə etdiyindən qiymət yenidən geriləyib.

MONETAR.AZ