İsveçrənin UBS bankı zəifləyən tələb göstəriciləri və qlobal iqtisadi artımla bağlı riskləri əsas gətirərək palladium və platin üzrə qiymət proqnozlarını hər unsiya üçün 200 dollar azaldıb.
Palladium: əsas risk — elektromobillərBank Palladium üzrə proqnozunu bütün dövrlər üçün 1 800 dollardan 1 600 dollara endirib. Analitiklər Giovanni Staunovo və Wayne Gordon qeyd edirlər ki, palladiuma tələbin 80–85%-i benzin mühərrikli avtomobillər üçün katalizatorlardan gəlir.
Bu isə bazarı elektromobillərə keçid fonunda olduqca həssas edir. Analitiklərin fikrincə, avtomobil sənayesində elektrikləşmə davam etdikcə palladiuma olan tələbin böyük hissəsi risk altındadır.
Ən iri istehsalçılar yeni tətbiq sahələri üzərində işləyirlər, məsələn:
- Çində şüşə lif (fiberglass) istehsalı,
- günəş enerjisi,
- mikroelektronika və digər sənaye istiqamətləri.
Lakin 2030–2035-ci illər üçün proqnozlaşdırılan əlavə 1,7 milyon unsiya tələb, hazırda avtomobil sektorunda istifadə olunan təxminən 8 milyon unsiya ilə müqayisədə hələ də çox kiçik pay təşkil edir. UBS hesab edir ki, yeni bazarlar yaranmasa, palladium yaxın illərdə struktur profisitə keçə bilər.
Platin: bazarda gərginlik azalırPlatinum üzrə proqnoz da 2 500 dollardan 2 300 dollara endirilib. UBS analitikləri bildirirlər ki, son bir ildə bazara xas olan fiziki çatışmazlıq əlamətləri zəifləməyə başlayıb.
Bunu göstərən əsas siqnallar:
- üç aylıq lizinq dərəcəsinin 19%-dən təxminən 6%-ə düşməsi,
- ETF fondlarında ehtiyatların təxminən 300 min unsiya azalaraq 2,9 milyon unsiyaya enməsi,
- fyuçers və opsion bazarında spekulyativ mövqelərin zəifləməsi.
Eyni zamanda, Çində platin idxalı mart ayında 10 metrik tondan yuxarı səviyyəyə qalxaraq yanvar–fevral aylarındakı 4,5–4,7 tonluq göstəricilərlə müqayisədə xeyli artıb.
Bundan əlavə, Nymex anbarlarında platin ehtiyatlarının azalması və metalın bir hissəsinin yenidən Avropaya yönləndirilməsi bazardakı gərginliyin azalmasına təsir edib.
UBS proqnozları aşağı salmasına baxmayaraq, platin üzrə mötədil pozitiv mövqeyini qoruyur. Bu mövqe yaxın aylarda Qızıl qiymətlərinin yüksələcəyi gözləntiləri ilə dəstəklənir.
MONETAR.AZ