Kriptovalyuta bazarında azalma qeydə alınıb. Belə ki, Bitcoin 1,50 faiz, XRP 1,32 faiz, Ethereum isə 0,37 faiz dəyər itirib.
Kənd təsərrüfatı məhsulları üzrə əmtəə bazarlarında isə artım üstünlük təşkil edib. Portağal şirəsinin qiyməti 6,12 faiz artıb. Bu kateqoriyada buğda 4,54 faiz, kakao isə 2,09 faiz bahalaşıb. Eyni zamanda, taxta materialları 2,94 faiz, düyü isə 1,54 faiz ucuzlaşıb.
Metallar bazarında enmə tendensiyası davam edib. Gümüş 2,93 faiz, platin 2,07 faiz, qızıl isə 1,83 faiz dəyər itirib.
Enerji daşıyıcıları bazarında isə artım müşahidə olunub. Qərbi Texas markalı xam neftin (WTI) qiyməti 3,64 faiz yüksəlib. Brent markalı neft 2,77 faiz, metanol isə 2 faiz bahalaşıb. Bununla yanaşı, Avropa, Almaniya və Böyük Britaniya üzrə təbii qaz qiymətlərində müvafiq olaraq 2,76 faiz, 2,66 faiz və 2,57 faiz azalma qeydə alınıb.
Mütəxəssislər qeyd edirlər ki, bazarlarda baş verən bu dəyişikliklər qlobal iqtisadi proseslər və tələb-təklif balansı ilə bağlıdır.
MONETAR.AZ