Əmtəə bazarlarında son vəziyyət: kakao, platin və təbii qaz bahalaşıb

Əmtəə bazarlarında son vəziyyət:

Qlobal əmtəə bazarlarında son saatlarda müxtəlif sektorlar üzrə qiymət dəyişiklikləri müşahidə olunub. Ən çox artım kənd təsərrüfatı, metallurgiya və enerji məhsullarında qeydə alınıb.

Kənd təsərrüfatı məhsulları arasında ən yüksək artım kakao üzrə olub – 4,46 faiz. Bununla yanaşı, pambıq 3,79 faiz, düyü isə 2,52 faiz bahalaşıb. Əksinə, yulaf 3,41 faiz, buğda 2,74 faiz, qəhvə isə 1,72 faiz ucuzlaşıb.

Metallar seqmentində isə platin qiymət artımına görə lider olub – 4,66 faiz. Gümüş 3,52 faiz, qızıl isə 1,71 faiz bahalaşıb ki, bu da investor marağının qiymətli metallara yönəldiyini göstərir.

Enerji bazarında da diqqətçəkən dəyişikliklər baş verib. təbii qaz 4,76 faiz artaraq günün ən çox bahalaşan məhsullarından biri olub. Metanol 0,53 faiz yüksəlib. Eyni zamanda, bəzi enerji resurslarında eniş qeydə alınıb: WTI markalı xam neft 2,57 faiz, Böyük Britaniya təbii qazı 2,45 faiz, Almaniya qazı 1,83 faiz, Brent markalı neft isə 0,83 faiz ucuzlaşıb.

MONETAR.AZ