Kriptovalyuta bazarında eniş qeydə alınıb

Kriptovalyuta bazarında

Son ticarət sessiyasında kriptovalyuta bazarında qiymətlərin azalması müşahidə olunub. Ən çox dəyər itirən aktivlər sırasında Ethereum yer alıb və onun qiyməti 3,51 faiz aşağı düşüb. Digər əsas kriptovalyuta XRP isə 2,63 faiz ucuzlaşıb. Bazarın lideri olan Bitcoin də  2,54 faiz dəyər itirib.

Analitiklər bu azalmanı qlobal maliyyə bazarlarında qeyri-müəyyənliklə əlaqələndirirlər. Eyni zamanda investorların riskli aktivlərdən çıxış etməsi də qiymətlərə təsir göstərib. Mütəxəssislər yaxın günlərdə bazarda dəyişkənliyin davam edə biləcəyini bildirirlər.

MONETAR.AZ