Səudiyyə Ərəbistanı Asiya üçün neft qiymətlərini kəskin artırdı

Səudiyyə Ərəbistanı Asiya üçün neft qiymətlərini

Bloomberg-in məlumatına görə, Səudiyyə Ərəbistanı apreldə Asiyadakı alıcılar üçün əsas neft növü olan Arab Light-ın qiymətini avqust 2022-dən bəri maksimum səviyyədə artırıb.

Qiymət artımına səbəb Yaxın Şərqdə genişlənən konflikt və faktiki olaraq Ormuz boğazının bağlanmasıdır ki, bu da enerji bazarlarını sarsıdıb.

Saudi Aramco-nun qiymət siyahısına görə, apreldə Asiyada alıcılar üçün Arab Light-ın qiyməti barel başına 2,50 dollar artırılacaq. Savaş başlamazdan əvvəl şənbə günü aparılan treyder və neft emalı zavodları sorğusu qiymət artımını yalnız 80 sent proqnozlaşdırırdı.

Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri ABŞ-İsrail qüvvələri ilə İran arasında baş verən hərbi əməliyyatlar zamanı çətin vəziyyətlə üzləşib. Konflikt nəticəsində həyati əhəmiyyətli Ormuz boğazı faktiki olaraq bağlanıb. Bu su yolu Körfəzdən dünyaya neft tədarüklərini birləşdirir.

Aramco-nun Asiya üçün qiymət artımı Arab Light-ın regional standartdan barel başına 2,50 dollar yüksək olmasına səbəb olub. Dövlət şirkəti eyni zamanda bu neft növünün Avropa və Aralıq dənizi alıcıları üçün qiymətini barel başına 3,50 dollar, Şimali Amerika alıcıları üçün isə 2,50 dollar artırıb.

Ormuz boğazından gəmilərin hərəkətinin dayandırılması Səudiyyə Ərəbistanını neft tədarüklərini Qırmızı dənizə çıxışı olan Yanbu limanına yönəltməyə məcbur edib. Aramco-nun ölkəni keçən və Yanbuya çıxan gündəlik 5 milyon barel keçid gücünə malik neft kəməri mövcuddur.

Yaxın Şərqdəki neft emalı zavodları da istehsalı azaltmağa başlayıb, çünki rezervuarlar dolur və ixrac imkanları tükənmək üzrədir.

MONETAR.AZ