Bu gün saat 10:00-da “BOS Shelf İnternational FZCO” şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus nəqliyyat vasitələri 50 faiz endirimlə 4-cü dəfə təkrar hərraca çıxarılacaq.
Hərraca çıxarılan əmlaklar əsasən 2014–2015-ci il istehsalı olan minik avtomobilləridir. Siyahıya “Audi A6”, “Toyota Prado” və “Hyundai Santa Fe” markalı çoxsaylı nəqliyyat vasitələri daxildir. İlkin hərrac qiyməti 484 848 manat müəyyən edilmiş, iştirak üçün tələb olunan 10 faiz beh isə 48 484,80 manat təşkil edir.
Qeyd edilib ki, beh məbləği “BOS Shelf İnternational FZCO” şirkətinin Azərbaycan Respublikasındakı filialının hesabına köçürülməlidir. Hərracın qalibi protokol imzalandıqdan sonra ən geci 10 bank günü ərzində ödənişi tam şəkildə həyata keçirməlidir.
MONETAR.AZ