Çin Cənub Hava Yolları və onun törəmə şirkəti ümumi dəyəri 21,4 milyard dollar olan müqavilə çərçivəsində Airbus istehsalı Airbus A320neo təyyarələrini almağı planlaşdırır. Bu barədə şirkətin birjada açıqladığı sənədlərdə bildirilir.
Sövdələşmə Airbus-un ən populyar dar gövdəli təyyarə modellərindən biri olan A320neo seriyasını əhatə edir. Bu tip təyyarələr yanacaq səmərəliliyi və orta məsafəli uçuşlar üçün geniş istifadə olunması ilə seçilir.
MONETAR.AZ