Azərbaycanda turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda artım tempi zəifləyib.
Monetar.az xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, 2025-ci ilin yanvar-sentyabr aylarında bu sahədə artım 9,3 faiz təşkil edib.
2026-cı ilin eyni dövründə isə artım tempi 4,5 faizə enib. Beləliklə, sektor üzrə iqtisadi artım 4,8 faiz bəndi azalıb.