Venesuela və Shell neft-qaz sahəsində əməkdaşlıq müqavilələri imzalayıblar

Venesuela və Shell neft-qaz sahəsində əməkdaşlıq

Britaniyalı neft-qaz şirkəti Shell və Venesuela hökuməti dəniz şelfində təbii qazın hasilatı, eləcə də quru sahədə neft və qaz hasilatı ilə bağlı bir neçə müqavilə imzalayıblar. Bu barədə Reuters şirkətə istinadən məlumat verib.

Bundan əlavə, Shell Venesuelanın mühəndislik şirkəti VEPICA, həmçinin ABŞ-ın KBR və Baker Hughes şirkətləri ilə texniki və kommersiya müqavilələri imzalayıb. Venesuela hökuməti ilə Shell arasında imzalanan müqavilələrdən biri Dragon qaz layihəsinin inkişafı ilə bağlıdır.

Müqavilələr Venesuelada imzalanıb. Tədbirdə ABŞ daxili işlər naziri Doug Bergam və Venesuela müvəqqəti prezidenti Delsi Rodriguez iştirak ediblər.

MONETAR.AZ