Azərbaycan İrandan rus avtomobillərinin çıxışını təmin edir

Azərbaycan İrandan rus avtomobillərinin çıxışını

Azərbaycan hakimiyyətinin dəstəyi ilə İrandan Rusiya avtomobillərinin Astara sərhəd-keçid məntəqəsi vasitəsilə çıxışı davam edir. Bu barədə Rusiya Nəqliyyat Nazirliyi “Kommersant” qəzetinə məlumat verib.

Bildirilib ki, sərhəddə hərəkət normal rejimdə həyata keçirilir. Ассоциация международных автомобильных перевозчиков (АСМАП) nümayəndələri isə vəziyyəti yerində monitorinq edir.

Nazirlikdən qeyd olunub ki, Rusiya Nəqliyyat Nazirliyi və АСМАП İrandan insanların təxliyəsi ilə bağlı məsələlərin operativ həllində göstərilən hərtərəfli dəstəyə görə Azərbaycan Respublikası hakimiyyətinə təşəkkürlərini bildirirlər.

MONETAR.AZ