Qızıl Azərbaycanın qeyri-neft ixracında ilk sıradadır

Qızıl Azərbaycanın

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın sentyabr sayında Azərbaycanın qeyri-neft ixracının məhsul strukturu açıqlanıb.

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ən çox ixrac etdiyi məhsul qızıl olub.

İcmala əsasən, qeyri-monetar qızıl istisna olmaqla, hesabat dövründə ixrac edilən qeyri-neft məhsulları arasında qızıl 271,2 milyon ABŞ dolları ilə birinci yerdə qərarlaşıb.

Siyahıda ikinci yeri 183,7 milyon ABŞ dolları həcmində ixrac göstəricisi ilə mis filizləri və konsentratları tutub. Tomat isə 172,2 milyon ABŞ dolları ilə üçüncü sırada yer alıb.

Avqust ayında da qızıl qeyri-neft ixracında ilk sırada olub. Ay ərzində 36,8 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib.

Mis filizləri və konsentratları 31,7 milyon ABŞ dolları ilə ikinci, şaftalı və nektarinlər isə 29,4 milyon ABŞ dolları ilə üçüncü yerdə qərarlaşıb.

Ümumilikdə Azərbaycanın qeyri-neft ixracında kənd təsərrüfatı və sənaye məhsulları ilə yanaşı, metal və mədən məhsulları da mühüm paya malikdir.

Qeyd edək ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı, qeyri-monetar qızıl istisna olmaqla, 17,6 faiz artaraq 2,81 milyard ABŞ dollarına çatıb.

MONETAR.AZ