Qeyri-neft ixracından ən çox qazanan şirkətlər

Qeyri-neft ixracından

2026-cı ilin yanvar-avqust ayları üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda yer alan şirkətlərin adları açıqlanıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda cari ilin ilk səkkiz ayı üzrə qeyri-dövlət ixracatçıların reytinqi təqdim edilib.

Reytinqə daxil olan şirkətlər aşağıdakılardır:

  1. “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi

  2. “Prime Cotton” MMC

  3. “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC

  4. “Baku Steel Company” QSC

  5. “Prime Export” MMC

  6. “Tabaterra” MMC

  7. “Vvest Stream” MMC

  8. “Agrarco” MMC

  9. “Silk Way Aviaşirkəti” MMC

  10. “P-Aqro” MMC

Reytinqdə mədənçıxarma, pambıqçılıq, şəkər istehsalı, metallurgiya, kənd təsərrüfatı və aviasiya sahələrində fəaliyyət göstərən şirkətlər təmsil olunub.

Qeyd edək ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı, qeyri-monetar qızıl istisna olmaqla, 17,6 faiz artaraq 2,81 milyard ABŞ dolları təşkil edib.

MONETAR.AZ