ABŞ və Argentina arasında 20 milyard dollarlıq müqavilə imzalanıb

ABŞ və Argentina arasında 20 milyard dollarlıq
10 Oktyabr 2025 08:50

ABŞ Xəzinə naziri Scott Bessent Argentina İqtisadiyyat naziri Luis Caputo ilə danışıqlardan sonra ABŞ-ın birbaşa Argentina pesosu aldığını və Argentina Mərkəzi Bankı ilə 20 milyard dollarlıq sVap razılaşması imzaladıqlarını açıqlayıb.

Bessent sosial mediada etdiyi paylaşımda, Argentina nümayəndələri ilə 4 gün görüşlər keçirdiklərini qeyd edib.

Bessent Argentinanın maliyyə problemi yaşadığını və bu görüşlərdə ölkənin iqtisadi güclərini və xarici valyuta ehtiyatlarını artırmaq üçün edilən dəyişiklikləri müzakirə etdiklərini söyləyib.

Bessent "Bu gün birbaşa Argentina pesosu aldıq və 20 milyard dollarlıq svap razılaşmasını imzaladıq." dedi.

Bundan başqa, ABŞ-ın Argentina'nın iqtisadiyyatına dəstək verməyə davam edəcəyini və bazarlarda sabitlik yaratmaq üçün lazımi tədbirləri alacaqlarını vurğulayıb.

MONETAR.AZ


Oxşar xəbərlər