2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana səfər edən turistlərin ölkə daxilindəki xərcləri 2,2 milyard manat təşkil edib.
Monetar.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd olunub.
Turistlərin xərclərində ən böyük pay nəqliyyat xidmətlərinin olub. Belə ki, ümumi xərclərin 44,4 faizi nəqliyyatın payına düşüb.
Qidalanma xərcləri ümumi məbləğin 18,6 faizini, yerləşmə xərcləri isə 18,5 faizini təşkil edib.
Beləliklə, Azərbaycana gələn turistlərin xərclədiyi hər 100 manatın təxminən 44 manatı nəqliyyat xidmətlərinə, 19 manata yaxını isə qidalanmaya və yerləşməyə sərf olunub.