PCWorld jurnalının yazdığına görə, müasir və bahalı noutbuklarda əsas problem portların (qoşulma girişlərinin) getdikcə azalmasıdır. Məqalə saytın əməkdaşı Kris Hoffman tərəfindən hazırlanıb.
Onun sözlərinə görə, bu gün istifadəçilər minlərlə dollar ödəyərək noutbuk alsalar da, çox vaxt nə qulaqcıq girişi, nə də xarici monitor üçün HDMI və ya USB portu tapa bilmirlər.
Hoffman bildirib ki, istehsalçılar sanki müştərilərin daha az port üçün daha çox pul ödəməyə hazır olduğunu düşünürlər: “Bu, tamamilə absurddur”.
O qeyd edib ki, hətta vəziyyət bəzən paradoksal olur. Ucuz noutbuklarda daha çox port, bahalı modellərdə isə daha az giriş olur. Nümunə kimi o, Dell 16 Premium modelini göstərib. Bu cihaz 3199 dollara satılır, lakin HDMI və USB-A portları yoxdur.
Həmçinin Lenovo Yoga Slim 9i 14 modeli də qeyd olunub. 1899 dollarlıq bu noutbukda hətta USB-C portu belə yoxdur.
Məqalədə bildirilir ki, problem dizaynın funksionallıqdan üstün tutulmasıdır. İstehsalçılar daha nazik və estetik cihazlara üstünlük verir, bu isə praktiki istifadə imkanlarını azaldır.
Hoffman əlavə edib ki, bu tendensiya bir vaxtlar çox nazik ekran çərçivələri (“bezel”) dəb halına gəldiyi dövrü xatırladır.
Eyni zamanda, Microsoft aprel ayında Windows yeniləməsində baş verən bir səhvi etiraf edib: yeniləmə bəzi kompüterlərdə bərpa rejimini aktivləşdirə bilər və istifadəçidən parol daxil etməyi tələb edə bilər.
MONETAR.AZ