Avropa İttifaqı Gürcüstana sentyabradək vaxt verdi

Avropa İttifaqı Gürcüstana
16 İyul 2025 00:51
İyulun 15-də Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirlər Şurası Gürcüstanla bağlı vizasız gediş-gəliş məsələni müzakirə edib.

 Aİ Xarici İşlər Nazirləri Şurası hər hansı bir qərar qəbul edə bilməyib.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Xarici İşlər Nazirləri Şurasının toplantısından sonra verdiyi açıqlamada nazirlərin Gürcüstanla bağlı vizasız rejimin, assosiasiya haqqında sazişin dayandırılması və sanksiyalar daxil olmaqla müxtəlif variantları müzakirə etdiklərini bildirib.

Kallas qeyd edib ki, “Gürcü Arzusu” partiyasının demokratiyaya qarşı hücumları daha da şiddətlənir və Gürcüstanın demokratiyadan uzaqlaşmasının nəticələri olacaq.

Aİ Gürcüstan hakimiyyətinə verilən tövsiyələrin yerinə yetirilməsi üçün cari il avqustun 31-dək vaxt verib. Bu müddət ərzində Gürcüstanın Aİ-nin gözləntilərinə uyğun hərəkət etmədiyi təqdirdə, yuxarıda qeyd olunan məhdudlaşdırıcı tədbirlərin tətbiqi gündəmə gələ bilər. Bu vəziyyət, Gürcüstanın Avropaya inteqrasiya prosesi üçün ciddi nəticələr doğura bilər.

MONETAR.AZ


Oxşar xəbərlər