E-manatın fəaliyyəti məhdudlaşdırıldı

E-manatın
18 İyul 2025 13:11

Azərbaycan Mərkəzi Bankı (AMB) "E-manat" əmtəə nişanının sahibi olan “Modenis” MMC-yə verdiyi 18 sentyabr 2024-cü il tarixli lisenziyanın qüvvəsini məhdudlaşdırıb.

AMB bu barədə açıqlama yayıb. Qurum "Modenis" MMC-yə verilən lisenziyanın əvvəlki şəkildə “ödəniş əməliyyatının ekvarinqi” və “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” sahələri üzrə fəaliyyət göstərməyə imkan verdiyini bildirir.

Ancaq təşkilatın müraciətinə əsasən, "Modenis" MMC-nin lisenziyasında “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” üzrə ödəniş xidmətinin ləğv edildiyi və fəaliyyətinin yalnız ödəniş təşkilatı olaraq davam etdiriləcəyi qeyd olunub.

MONETAR.AZ


Oxşar xəbərlər