2,5 milyon manatlıq tender baş tutmadı

2,5 milyon manatlıq
17 İyul 2025 17:59

"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsin ümumi profilli tibb müəssisələri üçün dərman vasitələrinin satın alınmasına dair elan etdiyi tender baş tutmayıb. 

Məlumata görə, tenderin ehtimal olunan dəyəri 2 milyon 574 min 95 manat 7 qəpik təşkil edirdi. Bu vəsait ölkədəki ümumi istifadəli tibb müəssisələrinin zəruri dərman preparatları ilə təmin edilməsinə yönəldilməli idi.

Tenderin ləğv edilməsinə səbəb "Dövlət Satınalmaları Haqqında" Qanunun 36.1.1-ci maddəsinə əsasən, müsabiqədə iştirak edən və müvafiq lisenziya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır. Rəsmi açıqlamada bildirilir ki, təklif təqdim edən malgöndərənlərin sayı qanunvericiliklə müəyyən edilən minimum həddə çatmadığından, satınalma prosedurunun tamamlanması mümkün olmayıb.

Qeyd edək ki, sözügedən tender 2025-ci il mayın 30-da dərc edilmişdi. Təkliflərin təqdim olunması üçün son tarix 2025-ci il iyulun 4-ü saat 17:00, zərflərin açılışı da həmin gün nəzərdə tutulmuşdu.

MONETAR.AZ


Oxşar xəbərlər