Azərbaycan meyvə-tərəvəzi xaricə neçəyə satır?

Azərbaycan meyvə-tərəvəzi xaricə
18 İyul 2025 01:32

2025-ci ilin ilk altı ayında Azərbaycanın kənd təsərrüfatı məhsullarının, xüsusilə meyvə və tərəvəzlərin ixracı ölkənin qeyri-neft sektoru üzrə ticarət göstəricilərində mühüm yer tutub. Dövlət Gömrük Komitəsinin təqdim etdiyi məlumatlara əsasən, yanvar–iyun ayları ərzində meyvə-tərəvəz ixracının ümumi dəyəri 415 milyon 753 min ABŞ dolları, ixrac həcmi isə 402 min 396 ton təşkil edib.

Təqdim olunan statistik göstəricilər əsasında hesablanmış 1 kiloqram üzrə orta ixrac qiymətləri aşağıdakı kimidir:

  • Pomidor1 kiloqram üçün 1 manat 89 qəpik

  • Kartof68 qəpik

  • Meşə fındığı12 manat 10 qəpik

  • Alma1 manat 19 qəpik

  • Xurma1 manat 22 qəpik

  • Nar1 manat 46 qəpik

  • Çay15 manat 33 qəpik

İxrac qiymətlərinə görə ilk yeri çay  tutur. Belə ki, Azərbaycan istehsalı olan çay xarici bazarlarda orta hesabla 15 manatdan çox qiymətə realizə olunub. Çayın ardınca meşə fındığı gəlir – bu məhsulun 1 kiloqramı 12 manatdan artıq satılıb.

Pomidor həm miqdara, həm də dəyərə görə Azərbaycanın meyvə-tərəvəz ixracında lider mövqeyini qoruyur. Bu məhsulun 1 kiloqramı xarici bazarlarda 1 manat 89 qəpik qiymətə satılıb. Kartof isə nisbətən aşağı dəyərli məhsul olaraq qalır – ixrac qiyməti 68 qəpik təşkil edib.

Ekspertlər hesab edirlər ki, yüksək ixrac qiymətləri məhsulun keyfiyyəti, logistika imkanları, bazar tələbi və brendləşmə strategiyaları ilə birbaşa bağlıdır. Əsas bazarlar sırasında Rusiya, BƏƏ, Gürcüstan və bir sıra Avropa ölkələri yer alır.

Qeyd edək ki, meyvə-tərəvəz məhsulları ölkənin qeyri-neft ixracında 23,7 faiz paya malik olmaqla, aqrar sektorun inkişafında strateji rol oynayır. 

MONETAR.AZ


Oxşar xəbərlər