Trampın oğlunun şirkəti 46 faiz dəyər itirib

Trampın oğlunun şirkəti
18 İyul 2025 00:13

Donald Trampın oğlunun  silah mağazası GrabAGun (PEW), Nyu-York Fond Birjasında (NYSE) ciddi dəyər itkisi ilə üzləşib. Səhmlərin qiyməti  29,6% azalaraq 9,24 ABŞ dollarına düşüb. Nəticədə, şirkət birjaya çıxdığı vaxtdan etibarən cəmi iki gün ərzində kapitalizasiyasının 46,4%-ni itirib.

Holdinqin səhmlərinin dəyəri 16 iyul tarixində, şirkətin "boş şirkət" (SPAC) olan Colombier Acquisition Corp. II (Colombier II) ilə birləşərək NYSE-yə daxil olduğu ilk gündən etibarən enməyə başlamışdı. Həmin ilk gündə səhmlər ticarəti 13,12 ABŞ dolları səviyyəsində bağlayaraq dəyərinin 23,9%-ni itirmişdi.

Donald Trampın böyük oğlu  şirkətin təxminən 300 min səhminə sahibdir. Bu səhmlərin dəyəri 16 iyul tarixində təxminən 4 milyon ABŞ dolları qiymətləndirilirdi.

Kiçik Tramphəmçinin GrabAGun şirkətinin Direktorlar Şurasının üzvüdür.

GrabAGun 2010-cu ildə təsis edilib. Bu onlayn mağaza idman odlu silahları, sursat və aksesuarlar təklif edir. Şirkət gənclər arasında onlayn satışların artacağını proqnozlaşdırır.

MONETAR.AZ


Oxşar xəbərlər