Türkiyənin mənzil bazarında canlanma: Satışlar rekord vurur

Türkiyənin mənzil bazarında canlanma:
18 İyul 2025 00:02

Türkiyədə mənzil bazarı canlanır. İyun ayında satışlar 35,8 faiz artaraq 107723-ə çatıb. İlin ilk yarısında isə ümumi artım 26,9 faiz təşkil edib.

Türkiyə Statistika Qurumu (TÜİK) iyun ayına aid mənzil satışları barədə məlumatları açıqlayıb. Rəqəmlər göstərir ki, bazarda ciddi canlanma var. İyun ayında keçən ilin eyni dövrünə nisbətən mənzil satışları 35,8 faiz artaraq 107723 ədəd olub. 6 ayda isə ümumi mənzil satışları keçən ilin eyni dövrünə nisbətən 26,9 faiz yüksələrək 691893 ədədə çatıb. Bu göstəricilər bazarda davamlı bir aktivliyin olduğunu təsdiqləyir.

Mənzil satışlarının ən çox olduğu şəhərlər İstanbul (17656), Ankara (9428) və İzmir (5987) olub. Bu böyük şəhərlər mənzil bazarının əsas hərəkətverici qüvvəsi olmağa davam edir. Ən az satışın qeydə alındığı şəhərlər isə Ardahan (38), Bayburt (62) və Hakkari (81) olub.

İyun ayında ipotekalı mənzil satışları keçən ilə nisbətən kəskin, yəni 112,6 faiz artaraq 14484 ədədə yüksəlib. İpotekalı satışlar ümumi mənzil satışlarının 13,4 faizini təşkil edib. Yanvar-iyun dövründə isə ipotekalı satışlar 100,5 faiz artaraq 103090 ədəd olub. Bu dövrdə ipotekalı satışların 3384-ü birinci əl mənzillərdən, 24446-sı isə ümumilikdə ipotekalı mənzillərdən ibarət olub.

Digər mənzil satışları (ipoteka ilə alınmayan) iyun ayında 28,6 faiz artaraq 93239 ədədə çatıb. Bu satışlar, ümumi mənzil satışlarının 86,6 faizini təşkil edərək bazarın böyük hissəsini əhatə edir. Yanvar-iyun dövründə digər satışlar 19,3 faiz artımla 588803 ədəd olaraq qeydə alınıb.

Xaricilərə edilən mənzil satışları da iyun ayında artım göstərib. Keçən ilin eyni ayına nisbətən 8,7 faiz artımla 1565 ədəd mənzil satılıb. Bu satışla, ümumi mənzil satışlarının 1,5 faizini təşkil edir və xarici investorların Türkiyə mənzil bazarına marağının davam etdiyini göstərir. Xaricilərə ən çox mənzil satılan şəhərlər sırasıyla Antalya (603), İstanbul (521) və Mersin (128) olub.

MONETAR.AZ


Oxşar xəbərlər