Satışa çıxarılan köhnə mənzillərin sayı artıb

Satışa çıxarılan köhnə mənzillərin
17 İyul 2025 09:46

Bakının təkrar mənzil bazarında  təklif həcmi əhəmiyyətli dərəcədə artıb. Azərbaycan Qiymətləndiricilər Palatasının hesabatına əsasən, 2025-ci ilin əvvəllərində bazardakı təklif olunan mənzillərin sayı illik müqayisədə təxminən 17% yüksələrək, dekabr ayına doğru şəhər üzrə satışa çıxarılan mənzillərin ümumi sayı 7000-i ötüb.

Təklif portfelində həm yeni, həm də köhnə tikililərdəki mənzillər yer alsa da, köhnə binalardakı mənzillərin payının bir qədər yüksəldiyi müşahidə olunur.

Bu artım 1970-ci ildən əvvəl tikilmiş mənzillərə tətbiq edilən ipoteka məhdudiyyətləri səbəbindən alıcı marağının azalması ilə izah edilir. Yeni tikililər üzrə təklif həcmi isə bazara davamlı olaraq yeni layihələr çıxarıldığı üçün yüksək olaraq qalır.

Aylıq dinamika baxımından, martdan aprelə qədər təklif həcmində böyük dəyişiklik olmasa da, illik müqayisədə (aprel 2024 – aprel 2025) təklif sayında ciddi yüksəliş qeydə alınıb.

Xüsusilə, 2025-ci ilin fevralında təkrar bazarda təklif sayı əvvəlki ilin eyni dövrünə nisbətən 17% çox idi və bu trend aprel ayınadək davam edib. Bu artım bazarın canlanması və daha çox mənzilin satışa çıxarılması ilə əlaqədardır.

MONETAR.AZ


Oxşar xəbərlər