Bu barədə AMB-dən bildirilir.
Fəaliyyətində aşkar edilmiş ciddi qanun pozuntuları səbəbi ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 54.1.7-ci və 54.1.9-cu maddələrinə əsasən “Kabox” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən 18 sentyabr 2024-cü il tarixli, ÖT-008 nömrəli lisenziya Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 17 iyul 2025-ci il tarixli Qərarı ilə ləğv edilib.
“Kabox” MMC-nin lisenziyasının ləğv edilməsinə səbəb olmuş 54.1.7 və 54.1.9-cu maddələrə əsaslanan qanun pozuntuları n
-
54.1.7‑ci maddə — Maliyyə hesabatlarında qəsdən yanlış məlumat vermə, saxtalaşma və ya audit tələblərinin pozulması;
-
54.1.9‑cu maddə — Ödəniş sistemində təhlükəsizlik, əməliyyatların şəffaflığı və texniki tələblərin pozulması və bunun nəticəsində müştəri və sistem risklərinin artması.MONETAR.AZ