Neft təchizat narahatlıqları fonunda bahalaşır

Neft təchizat narahatlıqları fonunda
18 İyul 2025 09:28

ABŞ iqtisadiyyatında açıqlanan müsbət makroiqtisadi göstəricilər və qlobal bazarlarda xam neft təchizatı ilə bağlı yaranmış narahatlıqlar fonunda dünya bazarlarında neftin qiyməti artmaqda davam edir.

Londonun ICE (Intercontinental Exchange) birjasında Brent markalı xam neftin bir barelinin qiyməti 69 ABŞ dollarını ötüb. ABŞ-ın Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neft isə 67 dollar civarında ticarət olunur. 

Ekspertlərin fikrincə, son günlərdə açıqlanan ABŞ iqtisadi göstəriciləri, qlobal ticarət gərginliklərinə baxmayaraq ölkə iqtisadiyyatının dayanıqlığını qoruduğunu göstərir. Bu, bazarlarda risk iştahının artmasına və enerji məhsullarına tələbin yüksəlməsinə səbəb olub.

İyun və may aylarında müşahidə edilən qiymət artımları iyul ayında da davam edir. Dünyanın aparıcı maliyyə qurumlarından olan Morgan Stanley və Goldman Sachs bildiriblər ki, qlobal miqyasda neft ehtiyatlarında artım müşahidə olunsa da, bu artımlar əsasən qiymət formalaşmasına ciddi təsir göstərməyən regionlarda cəmlənmişdir.

MONETAR.AZ


Oxşar xəbərlər