Trampın təhdidləri fonunda qızıl bahalaşır

Trampın təhdidləri fonunda
14 İyul 2025 09:07

Birjalarda qızılın unsiyası 29 dollar bahalaşaraq 3372,75-ə  yüksəlib.

Qızılın qiyməti, ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqı və Meksikaya qarşı 30%-lik gömrük tarifi tətbiq edəcəyini açıqlamasından sonra investorların "təhlükəsiz liman" axtarışı səbəbindən əhəmiyyətli dərəcədə artıb.

Qızıl bu il indiyə qədər 25%-dən çox dəyər qazanaraq aprel ayında unsiyası 3500 ABŞ dollara yüksəlib. Trampın ticarət siyasətindəki köklü dəyişikliklər bazarlar üçün davamlı bir qeyri-müəyyənlik mənbəyi olub və bu da investorları "təhlükəsiz liman" kimi qəbul edilən qızıla yönəldib.

MONETAR.AZ


Oxşar xəbərlər