Yelobankın 62 milyon manat krediti gecikmədə

15 İyul 2025
09:37
Müştərilərə Yelobankdan götürdükləri 62 milyon 805 min manat kreditiı vaxtında qaytarmır.
Bankın 2025-ci ilin ikinci rübü üzrə maliyyə hesabatından aydın olur ki, 995 milyon 230 min manat ümumi kredit portfelinin Bunu 932 milyon 424 min manatı cari borclardır.
Bankın biznes subyektlərinə verdiyi 611,508 milyon manat kreditin 39,128 milyon manatı vaxtında qaytarılmır.
Eyni zamanda vətəndaşlar bankdan götürdükləri 292 milyon 940 min manat kreditin 22 milyon 46 min manatını gecikdirir.
Ümumi kreditlərin 11 milyon 196 min manatı 1 il və daha çox müddətə gecikmədədir. Sahibkarlar bankdan götürdükləri 7 milyon 591 min manatı , əhali isə 3 milyon 127 min manatı 1 ildən çoxdur ki vaxtında ödəmir.
MONETAR.AZ