Mərkəzi Bank daha iki sığorta şirkətinə məcburi sərəncam verib

Mərkəzi Bank daha iki sığorta şirkətinə
14 İyul 2025 16:13

Azərbaycan Mərkəzi Bankı (AMB) daha iki sığorta şirkətinə qanunverciliyin tələblərini pozduğu üçün məcburi sərəncam verib.

Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Qeyd edilib ki, AMB tərəfindən “İpək Yolu Sığorta” və “PAŞA Sığorta” şirkətlərində monitorinq aparılıb.

Məlum olub ki, sözügedən sığorta şirkətləri müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələri bağlamayıb. Mərkəzi Bank “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, şirkətlərə icrası məcburi sərəncam verilib.

Qeyd edək ki, AMB bundan əvvəl “Xalq Sığorta” və “Azərbaycan Sənaye Sığorta” ASC-lərə eyni pozuntu halı ilə bağlı, "AtaSığorta"ya isə kibertəhlükəsizlik tələblərinin pozulması faktı ilə bağlı icrası məcburi sərəncam verib.

MONETAR.AZ


Oxşar xəbərlər