2050-ci ildə gözlənilən kabus bu gün reallığa çevrilib

2050-ci ildə gözlənilən kabus
18 İyul 2025 00:50

Dünya miqyasında temperaturlar mövsümi normaları xeyli üstələyib. Yaşanan istilər insanlara mənfi təsir göstərir, eyni zamanda planet üçün də qorxulu bir həddi aşıb. Dünya üzrə hava hesabatları ilə məşğul olan Ümumdünya Meteorologiya Təşkilatından (ÜMT) diqqətçəkən bir açıqlama gəlib. Açıqlamada 2050-ci il üçün gözlənilən proqnozların artıq indidən reallaşdığı bildirilib.

Avropada təsirini artıran isti hava dalğaları iqlim mütəxəssislərini narahat edib. Avropa Birliyinə bağlı Kopernik İqlim Dəyişikliyi Xidmətinin son məlumatlarına görə, qitə üzrə iyun ayının temperaturları 1991-2020-ci illərin ortalamasından C yuxarı qalxaraq C-yə çatıb. Bu, Avropa tarixində qeydə alınan ən isti beşinci iyun olub. Lakin əsas diqqət çəkən, gələcəyə dair iqlim proqnozlarının bu günlərdə yaşanmasıdır.

Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) 2015-ci ildə 2050-ci ilə dair temperatur proqnozları bəzi bölgələrdə 2025-ci ilə çatmadan gerçəkləşib. Məsələn, 2050-ci ildə İspaniyanın Huelva şəhərində C temperatur gözlənilirdi, lakin bu ilin iyun ayında termometrlər C-ni göstərdi. Fransanın Agen, Strasburq, Paris, Lion və Nimes şəhərləri üçün 2050-ci ildə gözlənilən temperaturlar da artıq aşılıb və ya həddinə çatıb.

MONETAR.AZ


Oxşar xəbərlər