İlon Mask ayda 37 min dollarlıq iş təklif edir

İlon Mask ayda 37 min dollarlıq
17 İyul 2025 10:47

Dünyaca məşhur milyarder və texnologiya maqnatı İlon Mask sosial mediada böyük səs-küyə səbəb olan qeyri-adi bir iş elanı ilə gündəmə gəlib. Maskın rəhbərlik etdiyi xAI şirkəti, süni intellekt layihələrində çalışmaq üçün ixtisaslaşmış bir mühəndis axtardığını elan edib.

Elana əsasən, bu unikal vəzifənin illik maaşı 440 min dollar təşkil edəcəkVəzifənin əsas mahiyyəti anime estetikası və mədəniyyətini süni intellekt modellərinə inteqrasiya etmək, xüsusilə anime personaj dizaynları və hekayələri ilə uyğun alqoritmlər inkişaf etdirməkdir.

Bu maraqlı iş elanı anime həvəskarları və texnologiya həvəskarları arasında böyük həyəcan yaradıb. Vəzifə üçün müraciət etmək istəyənlərdən mühəndislik sahəsində güclü baza, süni intellekt və maşın öyrənməsi bilikləri, anime mədəniyyətinə dərin hakimiyyət və yaradıcı vizyon tələb olunur. Müraciətlər xAI-ın rəsmi veb-saytı vasitəsilə qəbul edilir. Elon Maskın bu addımı süni intellektin tətbiq sahələrinin necə genişlənə biləcəyinə dair maraqlı bir nümunə olaraq qiymətləndirilir.

MONETAR.AZ


Oxşar xəbərlər